Torpaq bazarında ucuzlaşma var

saytların hazırlanması

Evə çatdırılma

Torpaq bazarında ucuzlaşma var

İqtisadiyyat

29 Yanvar 2019 22:07 1109


2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub. Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb.

Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir. Onun sözlərinə görə, havalar soyuduqca torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır. pizza mizza

N.İbrahimov vurğulayıb ki, havalar istiləşməyə başladıqca bazarda canlanma yaranacaq və bu da qiymətlərin artmasına səbəb olacaq:

"Bu aylar torpaq almaq üçün əlverişli vaxtdır".

Trend.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!