“Torpaq xəritələri niyə gecikir?“ - Osman Gündüz yazdı

saytların hazırlanması

Evə çatdırılma

“Torpaq xəritələri niyə gecikir?“ - Osman Gündüz yazdı

Xalqın səsi

19 Aprel 2022 15:34 1131


“Uzun müddətdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların elektron kadastr uçotu informasiya sistemi üzərində işlərin aparıldığı, hətta başa çatdırıldığı haqqında məlumatlar verir. Rəqəmsal kadastr xəritəsinin də xeyli müddət öncə hazır olması bildirilmişdi. Bununla bağlı ümumi istifadədə olan bir portal da hazırlanırdı. Lakin adı çəkilən resurslar hələlik ortada yoxdur”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz "Facebook" səhifəsində yazıb.

O xatırladıb ki, bu resurslar Prezidentin 7 mart 2016-cı il tarixli Fərmana görə, təxminən 5 il öncədən hazır olmalı idi və Qurum 2020-ci ilədək işlərin tam başa çatdırılacağını da açıqlamışdı. Dördpendirli pizza

Osman Gündüz yazıb:

"Xatırladıram ki, kadastrala bağlı qaydalar hələ on illər bundan öncə Prezident tərəfindən təsdiqlənib. Azərbaycanın bütün sektorlarında gedən rəqəmsal transformasiya proseslərində rəqəmsal torpaq xəritələri mühüm əhəmiyyət kəsb edir.

Bu tip resurslar dövlət, özəl və vətəndaş cəmiyyyəti sektorları, bələdiyyələr üçün olduqca faydalıdır. Sözügedən resurslarda hər bir torpaq parselinin təyinatı, hüdudları, onların üzərindəki tikilinin ünvanı, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları, torpağın keyfiyyət göstəriciləri və s. barədə müfəssəl məlumatlar verilməlidir.

Əlbəttə, mürəkkəb prosesdir. Hazırlanacaq resurslarda torpaq sahəsində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar tənzimlənməlidir.

Bununla bağlı Prezidentin 15 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu cür uyğunsuzluqlarla bağlı dürüstləşdirmə işləri aparılmalıydı".

Osman Gündüz qeyd edib ki, pandemiyadan öncə, 2016-2019-cu illərdə bu resursların hazırlanması üzərində xeyli işlər görülmüşü və bir neçə dəfə təqdimatlar olunmuşdu.

“Səalhiyyətli qurum uzun illər bunun üzərində ciddi işlərin getməsini bildirsə də, təəssüf ki, hələlik bu resurslar əlçatan deyil. Nə zaman istifadəcəyə hazır olacağı haqqında da rəsmi bir açıqlama yoxdur”.

Forum rəhbəri xatırladıb ki, elektron hökumətin əsas tərkib hissələrindən biri olan Milli Məkan Məlumatları ilə bağlı vəziyyət də elə kadastrda olduğu kimidir.

“Prezidentin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.

Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti Milli Məkan Məlumatları İnformasiya Sistemini yaratmalı və eGov-a inteqrasiya etməli idi. Bu işlərin görülməsi uçun İsrailin beynəlxalq “Ofek Aerial Photography” şirkəti ilə müqavilə də bağlanmışdı. Milli Məkan Məlumatları İnformasiya Sisteminin hazırlanması ilə bağlı da xeyli işlər görülmüşdü, 2019-cu ilin sonuna hazır olacağı bildirilirdi. Sistemin operatoru olan Əmlak Məsələləri Dövlət Xidməti bu işləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə reallaşdırmalıydı. Lakin təəssüf ki, Məkan Məlumatları İnformasiya Sisteminin hazırlanması ilə bağlı Prezident fərmanı da hələlik icra edilməyib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!