Tovuzda 12 yaşlı məktəbli transformatorda yandı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda 12 yaşlı məktəbli transformatorda yandı

Hadisə

26 Sentyabr 2019 14:29 865


Tovuz rayonunda azyaşlı transformatorda yanıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

Kənd sakini - 2007-ci il təvəllüdlü Əhmədov Kamil Telman oğlu oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub. Toyuqlu pizza

Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

/Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!