Tovuzda 6 kq-dan artıq narkotik maddə aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda 6 kq-dan artıq narkotik maddə aşkarlandı

Kriminal

16 Yanvar 2026 09:33 414


 

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 25 yaşlı Eşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov saxlanılıblar.

"Yeni Sabah" xəbər verir ki, E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 3 kiloqram 200 qram marixauana və 3 kiloqram 350 qram həşiş aşkarlanıb. Dominos pizza

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!