Tovuzda ana 3 aylıq körpəsini   ataraq yoxa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda ana 3 aylıq körpəsini ataraq yoxa çıxdı

Hadisə

15 Mart 2026 12:08 496


Tovuz rayonunda ana azyaşlı körpəsini ataraq yoxa çıxıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Məlumata əsasən, orta yaşlı qadın Tovuzda yaşayan yaşlı bir qadının evinə gələrək gedəcək yeri olmadığını və çöldə qaldığını bildirib. Yaşlı qadın isə onu və 3 aylıq körpəsini evinə qəbul edib.

Bir müddət sonra ana körpəni evdə qoyaraq mağazaya getdiyini deyib və evdən çıxıb. Lakin o, bir daha geri qayıtmayıb. pizza hut

Ana uzun müddət qayıtmadığından şübhələnən yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, körpənin vəziyyəti normaldır. Onun sığınacağa yerləşdirilməsi nəzərdə tutulur.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!