Tovuzda baş verən silahlı insidentin  - Təfərrüatları

Tovuzda baş verən silahlı insidentin - Təfərrüatları

Hadisə

25 Oktyabr 2019 20:14 835


Tovuz rayonunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. 

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov “Report”a bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, Abdıyev Nəriman Mirzə oğlu ilə Qasımov Habil Əli oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Nəticədə A.Nəriman “Makarov” tipli tapanca ilə havaya iki dəfə atəş açıb. Açılan atəş nəticəsində heç kim xəsarət almayıb.

Hadisə yerinə gələn polis əməkdaşları Abdıyev Nəriman Mirzə oğlunu müvafiq polis şöbəsinə aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!