Tovuzda heyvanlar peyvəndlənir

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda heyvanlar peyvəndlənir

Rəsmi

26 Aprel 2019 22:41 1966


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Tovuz rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. 

“Yeni Sabah” xəbər verir ki, bu tədbirlər Tovuz Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Hazırda Tovuz Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 47000 baş iribuynuzlu, 238000 baş xırdabuynuzlu, 3300 baş təkdırnaqlı heyvan, 8000 baş it və 500 min başdan artıq ev quşuna baytarlıq xidməti göstərir. Toyuqlu pizza

Tovuz Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 46283 baş iribuynuzlu, 3347 baş təkdırnaqlı heyvanda qarayara, 7939 baş sahibli itdə quduzluq, 349730 baş cücədə nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından Tovuz rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 46565 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Tovuz Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 39461 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 110000 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri görülüb. Eləcə də 9380  kvadratmetr sahədə profilaktik, 50 kvadratmetr sahədə isə məcburi dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!