Tovuzda fərdi yaşayış evində partlayış olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
1967-ci il təvəllüdlü Z. Cəfərova məxsus 4 ortaqlı fərdi yaşayış evində qaz sızması nəticəsində anidən partlayış olub. Dominos pizza
Nəticədə 1997-cü il təvəllüdlü C. Cəfərov, 2005-ci il təvəllüdlü T. Cəfərova və 2024-cü il təvəllüdlü F. Cəfərov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilsə də hər 3 yaralı vəziyyətinin ağır olması ilə bağlı Bakıya göndərilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız