Tovuzda qadın sürücü qəza törətdi: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda qadın sürücü qəza törətdi: Xəsarət alan var

Hadisə

07 Sentyabr 2025 09:51 264


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və bir nəfərin avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat əsasında hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunub. pizza sifarişi

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Nissan Note" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü avtomobilin deformasiyaya uğramış hissəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texnika vasitəsilə müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü - 1994-cü il təvəllüdlü Əfsanə Məhəmməd qızı İbrahimovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!