Toy kortejində avtomobillərin sayı məhdudlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Toy kortejində avtomobillərin sayı məhdudlaşdırılır

Avto

29 Oktyabr 2019 04:34 1391


Çeçenistanda toy kortejində iştirak edən avtomobillərin sayına məhdudiyyət qoymaq təklif edilir.

Polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini pozur.

Amma hələ kortejdə iştirak edə biləcək avtomobillərin dəqiq sayı müəyyənləşdirilməyib. pizza mizza

Qeyd edək ki, Çeçenistanda toy mərasimində bəy-gəlin avtomobilini 10-larla maşın müşayiət edir. 21 oktyabrda Kurçaloysk rayonunda toy karvanındakı avtomobilin qarşı hərəkət zolağına çıxması nəticəsində baş verən qəzada qadın və 6 aylıq körpə ölüb, 7 nəfər xəsarət alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!