Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

saytların hazırlanması

Evə çatdırılma

Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

Kriminal

19 Mart 2019 19:03 1284


Zərdab rayonunda intihar hadisəsi baş verib.

Rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı özünü öldürüb. 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı valideynlərinin təkidi ilə 9-cu sinifdən təhsilini yarımçıq qoyubmuş.

Bir müddət əvvəl nişanlanan gənc qızın yaxın vaxtlarda toyu planlaşdırılırmış. Bildirilir ki, ailənin böyük övladı olan Nərminin hər hansı probleminin olması ilə bağlı hər hansı məlumat olmayıb. Sezar pizza

Dünən evin həyətindəki tövləyə daxil olan anası Nərminin özünü asdığını görüb. O, qızına kömək etməyə çalışsa da, 18 yaşlı Nərminin artıq keçindiyi məlum olub.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!