Toyuna gedən bəy və gəlin yol qəzasında öldü

saytların hazırlanması

Evə çatdırılma

Toyuna gedən bəy və gəlin yol qəzasında öldü

Dünya

26 İyun 2019 11:33 1201


Meksikalı futbolçu Co Malek avtomobili ilə qəza törədib.

 20 yaşlı futbolçu avtomobili ilə öz toylarına gedən cütlüyün avtomobilinə çırpılıb.

Nəticədə, Alexandro Kastra və Mario Peno adlı cütlük hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan futbolçu isə polis tərəfindən saxlanılıb. Məlum olub ki, Malek avtomobil idarə edərkən sərxoş olub. Dördpendirli pizza

Qəza baş verən gecə İnstaqramın hekayə bölməsində əlində içki qədəhi ilə rəqs edərkən çəkdirdiyi fotonu paylaşan futbolçunun qəzadan sonra hesabı silinib.

Meksikanın "Santos" klubunda forma geyinən və gələcəyinə ümidlə baxılan futbolçulardan biri olan Co Malekin qəza əsnasında içkili olduğu təsdiqini taparsa, onu ağır həbs cəzası gözləyir.

 

Qeyd edək ki, futbolçunun atası kamerunlu fubtolçu Yan-Klod Malekdir. O, "Santos"un uşaq akademiyasında oynayan zaman böyük klubların diqqətini çəkib. İlk olaraq Portuqaliyanın "Porto" klubuna icarəyə verilib. Daha sonra "Sevilya"da forma geyinib.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!