Füzulidə tarlada bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sentyabrın 21-də saat 18 radələrində Füzuli rayonu Alxanlı kəndi ərazisində Böyük Bəhmənli kənd sakini Tiflis Hüseynov idarə etdiyi “KA-701” markalı traktorla əkin sahəsini şumlayarkən onu aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. Dördpendirli pizza
Telegram kanalımız