“Traktorsazi”nin adı dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

“Traktorsazi”nin adı dəyişdirilir

İdman

16 Aprel 2019 20:28 843


Rəsmi sənədlərdə "Traktorsazi” adlanan Güney Azərbaycanın məşhur futbol komandasının adı dəyişdirilir.

"Yeni Sabah" "GünAz TV"yə istinadən xəbər verir ki, "sazi” şəkilçisi komandanın adından rəsmi şəkildə ləğv olunacaq. Təbriz "Traktorqayırma” zavodunun adı ilə bağlı olan farsca "Traktorsazi” adı "Traktor” və ya azərbaycanlılar arasında deyildiyi kimi, "Traxtur” sözü ilə dəyişdiriləcək.

Bundan əvvəl "Traxtur” klubunun sahibi cənab Zenuzi "Səhənd” telekanalına verdiyi müsahibədə ""Traktorsazi”nin adı dəyişdiriləcəkmi?” sualının cavabında buna işarə etmişdir. "Bu komanda onun tərəfdarlarına aiddir. Onlar istəsələr komandanın adını da dəyişmək mümkündür. Biz klubun kimlik və keçmişinə ziyan vurmadan bunu edə bilərik.”- deyə o bildirmişdir. pizza

Hələlik komandanın adına "Azərbaycan” sözünün əlavə edilib-edilməyəcəyi məlum deyil. Lakin böyük ehtimalla hökumət buna imkan verməyəcək. Baxmayaraq ki, bu ənənə İranda var, misal üçün Məşhədin futbol komandasının adı Xorasan komandası ilə dəyişdirilib.

"Traktor” sözü farsca olmasa da "sazi” şəkilçisi fars dilinə aiddir. Ona görə də hökumətə bağlı qüvvələr komandanın "Traktorsazi” adlandırılmasına çalışır. Lakin bu komanda Güney Azərbaycanın bütün məntəqələrində istisnasız olaraq "Traxtur” adlanır. Təbriz klubun tərəfdarları komandanın "Traxtur” adlandırılmasını uzun zamandır ki, tələb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!