Tramp: ABŞ dağılır

saytların hazırlanması

Evə çatdırılma

Tramp: ABŞ dağılır

Dünya

18 Fevral 2024 10:04 818


ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ABŞ dağılır.

Yenisabah.az xəbər verir ki, o, Miçiqandakı tərəfdarlarına deyib:

“Baxın, ölkəmiz dağılır. Biz üçüncü dünya kimiyik, hava limanlarımıza fikir verməlidirlər. Hava limanlarımıza baxın. Demək istəyirəm ki, işlər çox pisdir”. pizza mizza

Tramp hesab edir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının siyasəti nəticəsində Birləşmiş Ştatlar yolunu azıb, gücünü və inamını itirib.

“Biz indi tənəzzülə uğrayan bir millətik. Çox kədərlidir. Biz tənəzzülə uğrayan bir xalqıq. Biz millət olaraq uğursuzluğa düçar oluruq. Biz inamını, iradəsini, qüdrətini itirmiş xalqıq. Biz yolunu azmış xalqıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!