Tramp: “ABŞ dağılır”

saytların hazırlanması

Evə çatdırılma

Tramp: “ABŞ dağılır”

Dünya

19 Fevral 2024 09:21 652


ABŞ-nin keçmiş prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar dağılır.

O, bunu Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Baxın, ölkəmiz dağılır. Biz üçüncü dünya ölkələri kimiyik”, - deyə Tramp qeyd edib. Marqarita pizza

O vurğulayıb ki, ABŞ prezidenti Co Bayden administrasiyasının siyasəti ucbatından ölkə yolunu azıb, gücünü və inamını itirib.

“Biz indi tənəzzülə uğramış bir xalqıq. Çox üzücüdür. Biz millət olaraq uğursuzluğa düçar oluruq. Biz inamını, iradəsini, qüdrətini itirmiş bir xalqıq. Biz yolunu azmış xalqıq”, - deyə o bildirib.

Həmçinin, Tramp Baydeni ölkə tarixində ən aşağı intellekt səviyyəsinə malik prezident adlandırıb.

Mənbə: TASS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!