Tramp ABŞ prezidentləri arasında ilkə imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp ABŞ prezidentləri arasında ilkə imza atdı

Siyasət

01 Aprel 2026 22:58 605


ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin iclasına gedib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Bununla da o, ABŞ tarixində Ali Məhkəməyə şəxsən gələn ilk fəaliyyətdə olan prezident adını qazanıb. Toyuqlu pizza

Tramp məhkəmənin "doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdıran fərman"a baxışında iştirak edib. Bu fərman 2025-ci ilin yanvarında Tramp tərəfindən imzalanan ilk sənədlərdən biri idi. Fərman, xüsusilə, ölkədə qeyri-qanuni şəkildə və ya turist vizası ilə olan anaların övladlarını ABŞ vətəndaşlığı almaq hüququndan məhrum edirdi.

Bundan sonra onlarla ştat fərmanın ABŞ Konstitusiyasının 14-cü düzəlişini pozduğunu hesab edərək iddia qaldırıb. Sözügedən düzəliş "ABŞ-də doğulan və ya naturallaşdırılan bütün şəxsləri" ABŞ vətəndaşı elan edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!