Tramp İranı blokada ilə hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp İranı blokada ilə hədələdi

Siyasət

12 Aprel 2026 13:26 439


İranla baş tutmayan sövdələşmədən sonra ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında jurnalist Con Solomonun "İran geri çəkilməsə, Trampın ehtiyat kozırı: dəniz blokadası' adlı məqaləsini paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, məqalədə ekspertlərin rəyləri yer alıb.

Onlar ehtimal edirlər ki, ABŞ Venesuelanın sabiq prezidenti Nikolas Maduronun qaçırılmasından əvvəl Venesuela ilə olduğu kimi İrana qarşı da dəniz blokadası həyata keçirə bilər. pizza sifarişi

"Qəribə təsadüfdür ki, Venesuela blokadasına rəhbərlik edən nəhəng "USS Gerald Ford" aviadaşıyıcısı hazırda Fars körfəzindədir", - deyə məqalədə qeyd olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!