Tramp İranın üzərinə çox sayda bomba yağdırmaqla hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp İranın üzərinə çox sayda bomba yağdırmaqla hədələdi

Siyasət

20 Aprel 2026 19:01 866


"Əgər atəşkəs müddəti bitdikdən sonra ölkələr razılığa gələ bilməsələr, İranın üzərinə çox sayda bomba yağacaq".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp PBS telekanalına müsahibəsində bildirib.

Aprelin 20-də danışıqların ikinci raundu üçün hər iki ölkənin nümayəndə heyəti Pakistana gəlməlidir. pizza mizza

D.Tramp özünün "Truth Social" platformasındakı paylaşımında yazıb ki, İsrail onu İranla müharibəyə başlamağa sövq etməyib, 7 oktyabr 2023-cü il tarixli hadisələr isə onu Tehranın nüvə silahına malik olmamalı olduğuna inandırıb.

Xatırladaq ki, Vaşinqton və Tehran arasında müvəqqəti atəşkəs aprelin 8-də bağlanıb və onun müddəti aprelin 22-də başa çatır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!