Tramp: “İranla birlikdə yerin dərinliyindən bunu qazıb çıxaracağıq”

saytların hazırlanması

Evə çatdırılma

Tramp: “İranla birlikdə yerin dərinliyindən bunu qazıb çıxaracağıq”

Dünya

08 Aprel 2026 15:50 348


“Birləşmiş Ştatlar İranla sıx əməkdaşlıq edəcək”.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında yazıb.

Birləşmiş Ştatlar lideri bildirib ki, ABŞ İranla sıx əməkdaşlıq etməyi planlaşdırır. Onun sözlərinə görə, Vaşinqton Tehranda “məhsuldar rejim dəyişikliyi” baş verdiyini hesab edir. pizza mizza

Tramp qeyd edib ki, gələcək əməkdaşlıq çərçivəsində İranın nüvə proqramı ilə bağlı ciddi addımlar atılacaq:

“Artıq uranın zənginləşdirilməsi olmayacaq. ABŞ İranla birlikdə işləyərək, dərinlikdə basdırılmış nüvə materiallarını çıxaracaq və zərərsizləşdirəcək”.

ABŞ Prezidenti əlavə edib ki, bu proses həm hazırda, həm də əvvəlki dövrlərdə peyk müşahidələri vasitəsilə ciddi nəzarətdə saxlanılıb və hücum tarixindən bəri həmin obyektlərə toxunulmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!