Donald Tramp amerikalı sahibkar İlon Maskla görüşüb.
Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, görüşün təfərrüatları açıqlanmayıb. Lakin bu, Trampın son vaxtlar “maliyyə çatışmazlığı ilə üzləşən” kampaniyasını maliyyələşdirmək üçün donorları cəlb etməyə çalışdığı bir vaxtda baş verib.
“The New York Times” qəzetinin yazdığına görə, Mask Trampın kampaniyasını maliyyələşdirmək barədə qərar verməyib. Nəşrin məlumatına görə, Maskın sosial şəbəkələrdəki son paylaşımları onun ABŞ prezidenti Co Baydenin noyabrda məğlub olmasının zəruri olduğuna inandığını göstərir. pizza
"Forbes"-a görə, təxminən 200 milyard dollarlıq xalis sərvəti ilə Mask Trampı dəstəkləmək qərarına gələ bilər və demək olar ki, təkbaşına Bayden və müttəfiqlərinin “ABŞ-ın keçmiş prezidenti üzərində böyük maliyyə üstünlüyünü” silə bilər.
Telegram kanalımız