Tramp NATO-nun yardım təklifini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp NATO-nun yardım təklifini rədd etdi

Siyasət

17 Aprel 2026 19:55 772


ABŞ Prezidenti Donald Tramp NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb.

"Yeni Sabah" xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

"Hörmüz boğazındakı vəziyyət həll olunduqdan sonra mənə NATO-dan zəng edib kömək lazım olub-olmadığını soruşdular. Mən onlara dedim ki, əgər sadəcə gəmilərini neftlə doldurmaq istəmirlərsə, kənarda dursunlar", - deyə o vurğulayıb. Sezar pizza

D.Tramp qeyd edib ki, ABŞ-nin həqiqətən NATO-nun köməyinə ehtiyacı olanda, alyans faydasız olub.

"Kağız pələnglər!", - deyə o yekunlaşdırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!