“B qrupu bir şey deyir, Tramp başqa şey. Kimin nə düşündüyünü bilmədiyi ortadadır. Biz min illərdir, nəyi düşünəcəyimizi bilirik. ABŞ-la bağlı düşüncəmiz də 1953-cü ildən bəri bəllidir. Bu günki zamanda bu bir irəliləyişdir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Trampın sosial mediadakı paylaşımına münasibət bildirərkən deyib. M.Zərif “B” qrupu adlandırdığı Ağ evin milli təhlükəsizlik məsləhətçisi Con Bolton, İsrail baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanın tac şahzadəsi Məhəmməd ibn Salman və ABŞ prezidenti Trampın fərqli şeylər söylədiklərini vurğulayıb. O, Trampın sosial mediadakı paylaşımı ilə digər rəsmilərin açıqlamaları arasında ziddiyyət olduğunu qeyd edib.
Qeyd edək ki, Tramp paylaşımda bəzi yalan informasiya verən kanalların İranla bağlı ölkəsinə zərbə vurduğunu yazıb. Marqarita pizza
Naibə Məmmədova
Telegram kanalımız