ABŞ-ın daxili təhlükəsizlik naziri Kristien Nilsen istefa verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.
Onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək. pizza mizza
"Kristien Nilsen öz postunu tərk edir. Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm. Əminəm ki, Kevin bu vəzifənin öhdəsindən gələcək".
Qeyd edək ki, Donald Trampın miqrasiya məsələsində, Meksika ilə sərhəddə divar tikintisi, eləcə də qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı dəqiq mövqeyi olmadığı üçün Nilsenin fəaliyyətindən narazı olduğu və onu istefaya göndərməyə hazırlaşdığı ilə bağlı məlumatlar son günlərdə sürətlə yayılırdı.
Telegram kanalımız