ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini növbəti G7 sammitinə dəvət edə biləcəyini bəyan edib.
“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Tramp Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə qonaq qismində dəvət edilməsini tamamilə mümkün sayıb. Bununla belə, ABŞ Prezidenti Fransanın Biarritz şəhərində keçirilən "Böyük yeddilik" sammitində Rusiya ilə bağlı müzakirələr zamanı deyib ki, Moskvanın G7-yə qayıdıb-qayıtmayacağını bilmir. Marqarita pizza
Xatırladaq ki, bundan əvvəl Tramp Fransa Prezidenti Emmanuel Makronun Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə dəvət edilməsi barədə təklifi ilə razılaşdığını söyləyib. Rusiya Prezidenti isə öz növbəsində deyib ki, Moskva "Böyük yeddilik" ölkələri ilə istənilən əlaqəni faydalı sayır və yenidən "Böyük səkkizlik" formatının formalaşmasını istisna etmir.
Telegram kanalımız