Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixracını dəstəkləyib

saytların hazırlanması

Evə çatdırılma

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixracını dəstəkləyib

Dünya

25 Mart 2019 13:58 844


ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirib.

“Yeni Sabah”  xarici mediaya istinadən xəbər verir, bu barədə D.Trampın Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda deyilir.

Təbrikdə qeyd olunur: "Ümid edirəm ki, Türkmənistan bir müddət əvvəl Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar öz qazını Qərbə ixrac etmək üçün yeni imkanlardan istifadə edə biləcək". Sezar pizza

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!