ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emanuel Makronun 2020-ci ildə Rusiyanı G7 sammitinə dəvət etmək fikrinə müsbət cavab verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə CNN-nin müxbiri Keyli Atvud Amerika Adminstrasiyasından aldığı məlumat əsasında şəxsi “Tvitter” hesabında paylaşıb.
Atvudun sözlərinə görə, Fransa Prezidenti Donald Trampla telefon danışığı zamanı bu təşəbbüsü irəli sürüb. ABŞ Prezidenti həmkarının fikri ilə razılaşıb. Trampın G7 sammitinin növbəti toplanışında bu fikir ilə çıxış edəcəyi gözlənilir. pizza hut
Qey edək ki, bir müddət əvvəl ABŞ prezidenti bildirib ki, bu fikrə qarşı deyil və növbəti ildən Rusiyanın iştirakı ilə G8 formatına keçmək olar.
Telegram kanalımız