Tramp Zelenskini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Zelenskini təbrik etdi

Dünya

22 Aprel 2019 14:47 923


ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə zəng vurub. O, danışığın gedişatında Zelenskini qələbə münasibətilə təbrik edib.

Qeyd edilir ki, danışıq Amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Lakin təfərrüatlar məlum deyil. Marqarita pizza

Xatırladaq ki, seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!