ABŞ Prezidenti Donald Tramp İrandan ölüm cəzasına məhkum edilmiş 8 qadının azad olunmasını xahiş edib.
"Yeni Sabah" xəbər verir ki, o, “Truth Social” hesabında yazıb:
“Mənim nümayəndələrimlə tezliklə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim. Əminəm ki, onlar sizin bunu etməyinizi çox ehtiramla qarşılayacaq. Xahiş edirəm, onlara ziyan verməyin. Bu danışıqlar üçün çox gözəl başlanğıc olar”. pizza
Telegram kanalımız