Trampın bəyanatları neft bazarını sabitləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Trampın bəyanatları neft bazarını sabitləşdirdi

İqtisadiyyat

15 Yanvar 2026 11:06 437


ABŞ Prezidenti Donald Trampın bəyanatları Amerikanın İrana qarşı hücumunun yaxınlaşması ilə bağlı qorxuları bir qədər azaltdıqdan sonra Cümə axşamı səhər neft qiymətləri kəskin şəkildə düşdü.

"Yeni Sabah" xəbər verir ki, mart ayı üçün Brent neftinin fyuçersləri Londonun ICE Futures birjasında 2,15 dollar (3,23%) düşərək barel üçün 64,37 dollara çatdı. Çərşənbə günü Brent neftinin fyuçersləri 1,05 dollar (1,6%) artaraq barel üçün 66,52 dollara çatıb.

Fevral ayı üçün WTI neftinin fyuçersləri Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə 2,03 dollar (3,27%) azalaraq barel üçün 59,99 dollar olub. Əvvəlki sessiyada müqavilə 0,87 dollar (1,42%) artaraq barel üçün 62,02 dollara çatmışdı. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!