“Böyük ehtimalla, növbəti seçkilərdə Bayden administrasiyasının – Demokratların qalib gəlmək şansları baş tutmayacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib.
O, Donald Trampın növbəti perspektivdə ABŞ-ın yeni prezidenti olacağı ehtimalını istisna etmir: Toyuqlu pizza
"Bunun əsas səbəblərindən biri Bayden administrasiyasının yürütdüyü xarici siyasət, hərbi münaqişələrin baş verməsidir. Xüsusilə, Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən silahlı toqquşmalar hazırda ABŞ cəmiyyətində Bayden administrasiyasının boynuna qoyulur. Rəsmi Vaşinqton dövlət büdcəsindən həmin münaqişələrin maliyyələşdirilməsinə külli miqdarda məbləğlər xərcləyir, bu da ABŞ əhalisinin sosial rifahına mənfi təsir göstərir”.
Siyasi təhlilçi diqqətə çatdırıb ki, bu gün ABŞ-ın dövlət borcu 3 trilyon dolları aşıb:
“Bu, ABŞ üçün “qırmızı xətlər”dən biri idi və respublikaçıların yeganə namizədi olan Donald Trampın tərəfdarları da, əsasən, bu istiqamətdən Bayden administrasiyasının siyasətini vurmaqla məşğuldur. Trampın yenidən seçilmək ehtimalı kifayət qədər yüksək görünür.
Digər tərəfdən, Donald Trampın əsas tezislərindən biri Bayden administrasiyası dünyanı üçüncü qlobal və nüvə müharibəsinə sürükləməsidir. Tramp vəd edir ki, hakimiyyətə gələcəyi təqdirdə, qısa müddətdə Ukrayna savaşını bitirəcək, Rusiya ilə münasibətləri normallaşdıracaq. Onun ən avantürist vədlərindən biri ABŞ-ın NATO-dan çıxmasıdır.
Onun bu cür vədləri ABŞ seçicilərinə müsbət təsir göstərir. Bayden administrasiyasına qarşı olan narazılıq Donald Trampın reytinqinin yüksəlməsinə və onun seçilmə ehtimalının artmasına səbəb olur. Məncə, növbəti seçkilərdə ABŞ-ın yeni prezidenti Donald Tramp olacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız