Trampın son hədəsindən sonra İran ABŞ ilə birbaşa dialoqu dayandırdı:   Gərginlik pik həddə

saytların hazırlanması

Evə çatdırılma

Trampın son hədəsindən sonra İran ABŞ ilə birbaşa dialoqu dayandırdı: Gərginlik pik həddə

Siyasət

07 Aprel 2026 19:46 526


Tehran ABŞ Prezidenti Donald Trampın "İran sivilizasiyasını məhv etmək" hədəsindən sonra Vaşinqtonla birbaşa diplomatik təmasları dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, tərəflər arasında danışıqlar vasitəçilər üzərindən davam edir. Nəşrin həmsöhbəti bildirib ki, İran bu addımla "narazılıq və itaətsizlik" siqnalı verməyi planlaşdırıb. Pepperoni pizza

Eyni zamanda, iki Pakistan rəsmisi "Reuters" agentliyinə açıqlamasında qeyd edib ki, Pakistan həm İran, həm də ABŞ ilə əlaqə saxlayır. Lakin əsas problem İran hakimiyyətinin ilkin şərtlər yerinə yetirilməyənə qədər birbaşa danışıqlardan imtina etməsidir.

Bu şərtlərə tam atəşkəsin təmin olunması, İslam Respublikasına təhlükəsizlik zəmanətlərinin verilməsi və təzminat ödənişləri daxildir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!