“Trolları məqsədli şəkildə əleyhimə yönəldiblər“ - Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Trolları məqsədli şəkildə əleyhimə yönəldiblər“ - Aqil Abbas

Siyasət

28 Dekabr 2021 14:37 2576


Milli Məclisdə tələbələrin könüllü şəkildə işğaldan azad edilmiş ərazilərdəki işə cəlb edilməsinə çağırdığına görə sosial şəbəkədə tənqid olunan  Aqil Abbas fikirlərinə aydınlıq gətirib.

Yenisabah.az-a danışan deputat ona qarşı ünvanlanan şərhlərin planlaşdırılmış təpki olduğunu deyib:

“Səsləndirdiyim fikirlərin məqsədi bəllidir, parlamentdəki çıxışımda da demişəm. Fikirlərimi yenidən şərh etməyə ehtiyac yoxdur. Kim nə fikirləşir özü bilər. Sosial şəbəkələrdəki tənqidlər mütəşəkkil şəkildə mənə qarşı hazırlanmış bir şeydir. Trolları məqsədli şəkildə əleyhimə yönəldirlər. Mən sözümü demişəm, əlavə şərhə ehtiyac yoxdur”. Dominos pizza

Qeyd edək ki, deputat tələbələrin könüllü şəkildə Qarabağda işləməli olduğunu bildirmişdi:

"Azərbaycanda tələbə inşaat dəstələri yaradılmalıdır. Azərbaycan gənci Qarabağda canından keçə bilir. Niyə Qarabağa gedib könüllü işləməsinlər?!”

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AQİL BƏY YAXŞI OLARKİ QARABAĞDA 44 GÜNLÜK MÜHARİBƏDƏ GİZLƏNƏN, HARAM PUL İLƏ ALDIĞI MAŞINLARI NÜMAYİŞ ETDİRƏN MƏMUR VƏ DEPUTAT BALALARI GEDİB İŞLƏSİNLƏR.
    4 years ago