TRT-dən “Qarabağ”ın oyununa xüsusi diqqət

saytların hazırlanması

Evə çatdırılma

TRT-dən “Qarabağ”ın oyununa xüsusi diqqət

İdman

01 Noyabr 2025 20:41 442


Türkiyənin TRT kanalı “Qarabağ” komandasının UEFA Çempionlar Liqasındakı növbəti oyununu da diqqət mərkəzində saxlayır.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, qardaş ölkənin dövlət kanalı noyabrın 5-də “Qarabağ”ın “Çelsi” ilə oyununu canlı yayımla nümayiş etdirəcək. Amma bu, son deyil.

“Kopenhagen”lə matçda olduğu kimi, “Çelsi” ilə görüş üçün də “TRT Spor”un jurnalist və ekspertləri Bakıya gələcək, oyundan əvvəl və sonra Tofiq Bəhramov adına Respublika stadionundan canlı reportaj edəcək, müsahibələr edəcək. pizza

Qeyd edək ki, TRT adətən Türkiyənin öz klublarının oyunlarını bu şəkildə yaxından işıqlandırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!