Tullantıların təkrar emalı mexanizmi hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Tullantıların təkrar emalı mexanizmi hazırlanır

Maraqlı

10 İyul 2021 13:10 1922


“Tullantıların idarə olunmasında təkrar emal müəssisələrinin rolu” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş tərkibli görüş keçirilib.

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

ETSN-in, “Təmiz Şəhər” ASC-in, Balaxanı Sənaye Parkının, təkrar emal müəssisələrinin məsul şəxslərinin iştirakı ilə keçirilən görüşün məqsədi tullantıların düzgün idarə olunmasında təkrar emal müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkliflərinin, planlarının, problemlərinin öyrənilməsi və onlara dəstək mexanizmlərinin müzakirəsi olub. Pepperoni pizza

Görüşdə təkrar emal müəssisələrinin qarşılaşdığı problemlər, mövcud vəziyyətdən çıxış yolları, xammal ehtiyaclarının ödənilməsində yerli idarəetmə orqanları tərəfindən onlara veriləcək dəstək, yeni təşviq mexanizmlərinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Görüşün sonunda təkrar emal müəssisələrinin istehsal gücünün və potensialının artırılması üçün dövlət dəstəyi mexanizmlərinin hazırlanıb Hökumətə təqdim edilməsi qərara alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!