Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü - VİDEO

Şou

07 İyul 2025 10:43 314


Hər zaman sosial layihələrdə layiqincə iştirak edən Xalq artisti və autizm səfiri Tünzalə Ağayeva bu dəfə də ənənəsinə sadiq qalaraq autizmli uşaqlarla görüşüb.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Xəyyam Nisanov və müğənni Azad Şabanov “Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Eynalovanın təsis etdiyi “Kaşalata” kafedə bir araya gəliblər. Sözügedən məkan sadə bir kafe deyil, həmin yerdə autizmli gənclərimiz çalışır, ordan əldə olunan vəsait xeyriyyə məqsədi ilə istifadə olunur.

Görüşdə sənətçilər gənclərlə birlikdə mahnılar ifa edib, rəqs ediblər, əyləncəli və unudulmaz anlar yaşayıblar. pizza hut

Gecənin xüsusi qonaqlarından olan pop ulduz Tünzalə Ağayeva günün qəhrəmanları ilə birlikdə artıq himnə çevrilən “Fərqliyəm” əsərini səsləndirib. Eyni zamanda bir sıra hitlərini ifa edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!