Sosial şəbəkələrdə Ağ Partiyanın sədri Tural Abbaslının adından reklamlar paylaşılaraq, vətəndaşlara 1000 manat veriləcəyi ilə bağlı vədlər edilir. İstifadəçilər Tural Abbaslını buna görə qınayırlar, bildirirlər ki, partiya sədri haq-ədalətdən danışır, amma pulu kasıblara deyil, reklama yönəldir.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, partiya sədri açıqlamasında haqqında paylaşılanlara aydınlıq gətirib.
O deyib ki, məsələdən xəbərsizdir: pizza
“Təbii ki, fotolardan xəbərim yoxdur. Bu, dələduzluqdur. Cəmiyyətdə, ictimaiyyət arasında tanınmış şəxslərin adından sosial şəbəkələrdə profillar açılır, insanlar dələduzluğa məruz qalırlar. Əlimizdən gəldiyi qədər belə faktlarla mübarizə aparırıq. Vətəndaşlarımızı bu cür yalan məlumatlara inanmamağa çağırıram. Mənim “Facebook” sosial şəbəkə platformasındakı hesabım onsuz da rəsmi təsdiq olunub.
Profil adımın qarışısında mavi rəngli işarə var. Həqiqətə uyğun olmayan belə məlumatlara inanmasınlar. Biz siyasətdən başqa reklam, yaxud pul qazanmaq məqsədilə sosial mediada heç bir addım atmamışıq, bundan sonra da atmayacağıq”.
T.Abbaslı artıq “Facebook”da həmin profillərlə bağlı rəsmi şikayət etdiyini də deyib.
Telegram kanalımız