Bəstəkar Tural Bayraməliyev süni intellektlə hazırlanmış yeni mahnı təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, o, mahnını “Duyğularım” adlandırıb.
T.Bayraməliyev mahnı haqqında fikirlərini saytımızla bölüşüb: pizza mizza
“Onsuz da mahnılarımı satmıram. Ona görə də mənə fərq etmir ki, onu hansısa müğənni oxudu, ya süni intellektlə ifa olundu. Bu illər ərzində məndən imtina edən ifaçılar çox oldu. Belə olması daha xoşdur”.
Bəstəkar bu ifanı icazəsiz oxumağı qadağan etdiyini bildirib.
Aydan Hacı
Telegram kanalımız