Turalbəy Mehdiyevin məhkəməsi başladı -   Bir neçə maddə ilə günahlandırılır

saytların hazırlanması

Evə çatdırılma

Turalbəy Mehdiyevin məhkəməsi başladı - Bir neçə maddə ilə günahlandırılır

Kriminal

11 Fevral 2026 09:09 450


Xarici təşkilatların tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 17-nə təyin edilib. Məhkəmədə bundan sonrakı proseslərin qapalı keçirilməsinə qərar verilib. pizza mizza

Qeyd edək ki, Turalbəy Mehdiyevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!