Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.
Müdafiə Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, general-leytenant R.Tahirov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Komandan bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu diqətə çatdıraraq bu təlimlərin hər iki ölkənin ordularının təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.
Xəbərdə qeyd olunub ki, təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan briqada generalı İ.Köseali qürur hissi keçirdiyini bildirərək son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. Hərbi attaşe təlimlərin başlanması ilə əlaqədar iştirakçıları təbrik edib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində onlara uğurlar arzulayıb. Dominos pizza
Qeyd edək ki, sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.
Telegram kanalımız