YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Turist vizası alanlar Azərbaycanda 30 gün qala biləcək

Turist vizası alanlar Azərbaycanda 30 gün qala biləcək

Turizm

18 Fevral 2022 14:36 8585


Azərbaycana gəlmək üçün viza alan turistlər ölkədə 30 gün müddətində qala biləcəklər.

“Report” xəbər verir ki, bu Azərbaycan Prezidentinin bu gün təsdiqlədiyi “Turizm haqqında" Qanunda qeyd edilir.

Qanunda göstərilir ki, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar.

Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

"Turizm haqqında" qanuna əsasən, ölkəyə gələn turistlər tibbi müayinədən keçəcək və vaksinasiya olunacaqlar. Sənəddə qeyd edilib ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud bu barədə müvafiq sənəd təqdim etməlidirlər.

Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin aşağıdakı öhdəlikləri var:

- Turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq;

- Turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsini təşkil etmək;

- Bu qanunun 16.2-ci maddəsində göstərilən fövqəladə hallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu), dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə onun daimi yaşadığı ölkənin) Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliyini (konsulluğunu) dərhal məlumatlandırmaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!