Turizm Agentliyi xarici bloqerlər üçün növbəti tender elan edib

saytların hazırlanması

Evə çatdırılma

Turizm Agentliyi xarici bloqerlər üçün növbəti tender elan edib

İqtisadiyyat

26 Yanvar 2026 19:41 628


Dövlət Turizm Agentliyi (DTA) daha 11 ölkədən olan jurnalist, bloqer və turizm şirkətləri üçün tender elan edib.

Oxu.Az-ın məlumatına görə, agentlik Böyük Britaniya, İrlandiya, Polşa, Çexiya, Macarıstan, Yunanıstan, İspaniya, İtaliya, Fransa, Cənubi Koreya və İsraildən olan jurnalistlər, bloqerlər, həmçinin turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkilini nəzərdə tutub.

Satınalmanın ehtimal edilən ümumi dəyəri 1 milyon 705 min 801 manatdır. Dominos pizza

Qeyd edək ki, agentlik daha əvvəl Çin, Hindistan, Rusiya və Belarusdan olan jurnalistlər, bloqerlər, həmçinin turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili ilə bağlı 2 milyon 173 min 201 manat dəyərində tender elan etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!