Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibənin davam etdiyi bir zamanda qardaş Türkiyə xalqının da qəlbi əsgərlərimizlə birgə döyünür. Bunu sübut edən son hadisəni Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim danışıb.
Yenisabah.az xəbər verir ki, səfirimiz Qəhramanmaraşda bir Türkiyə vətəndaşının ona göndərdiyi məktubdan və məktubu açan zaman keçirdiyi hislərdən söz açıb:
"3 gün öncə səfirliyə Kahramanmaraşdan məktub gəldi. Maraşlı qardaşımız Azərbaycana yardım üçün Türk bayrağıyla qızıl nişan üzüyü göndərib. Bu bayraq mənim bayrağımdır, bizim üçün iki bayrağın heç bir fərqi yoxdur. Amma üzüyü görən zaman dərhal həmin vətəndaşa zəng vurdum və bunu qəbul edə bilməyəcəyimizi dedim. Amma qardaşımız mənə bu qərarı həyat yoldaşı ilə birlikdə verdiklərini və geri göndərsəm, pis olacaqlarını dedi. Bunu dünyanın heç bir yerində heç kim etməz". Sezar pizza
Telegram kanalımız