Türk jurnalist Maduro ilə görüşdü, müsahibə aldı

saytların hazırlanması

Evə çatdırılma

Türk jurnalist Maduro ilə görüşdü, müsahibə aldı

Dünya

28 Yanvar 2019 00:06 1204


CNN TÜRK telekanalının jurnalisti Cüneyt Özdemir Venesuela prezidenti Nikolas Madurodan müsahibə alıb.

“Yeni Sabah” xəbər verir ki, müsahibə zamanı suallara cavab verən Maduro özünü yaxşı və motivasiyalı hiss etdiyini deyib. Vətənini çox sevdiyini, demokratiya və müstəqillik savaşının içində olduqlarını bildirib: “Baş verənlərin Amerika ilə bağlantısı var. Bizə hücum edirlər, Venesuelanı öz bağçaları olduğunu düşünürlər”. 

ABŞ prezidenti Donald Trampı ittiham edən Nikolas bildirib ki, hazırda onun hədəfində Venesueladır: “ABŞ-la münasibətlərdə həmişə problem olub. Amma Tramp hakimiyyətə gələndən sonra daha da pisləşdi. Bizə hücum edir və inqlab planlaşdırır. Amerika qəzetləri də qiyam əmrini birbaşa Trampın verdiyini yazır”. pizza mizza

Türkiyə prezidenti Ərdoğanın dəstəyindən danışan Maduro onu cəsur bir adam kimi təqdim edib: “Mən Türkiyədəki qiyam zamanı Ərdoğana açıq dəstəyimi ifadə etmişdim və həmin vaxtdan biz dostuq”. 

Venesuelada qanunların ali olduğunu deyən prezident baş verən qiyamla da qanunlar çərçivəsində davranacağını qeyd edib: “ Avropa isə Venesuela ilə bağlı səhvə yol verir. 200 illik müstəqilliyimizə baxmayaraq, bizi yox sayırlar. Bizim bədənimizdə xilaskarlarımızın qanı axır. Avropa bu ultimatum mövqeyindən əl çəkməlidir. Kimsə bizə ultimatum verə bilməz. Avropada bir çox dövlətlər var, amma onlar da Trampın ağzından çıxacaq kəlməyə baxırlar”. O, hər hansı bir növbədənkənar seçkilərə getməyəcəyini qeyd edib.

Nikolas Maduro deyib ki, o Donald Trampa bir mesaj göndərib. “Amma o problemləri həll edə biləcək bir lider deyil. Hesab edirəm ki, bizi aşağı görür. Əslində, o bütün dünyanı aşağılayır. Bizdən nifrət edir. Biz bir-birimizə sayğı duymalıyıq. Şəxsən mən kimsədən yaxşı deyiləm. Kimsədən üstün deyiləm. Amma kimsə də bizdən üstün deyil”.

“İndiki durumda sizin B və ya C planınız varmı” sualına Maduro belə cavab verib: “Plan A, B, C və Z... Vətənimi qorumaq. Ölkəni yaxşı idarə etmək. Dəyərlər yaratmaq üçün fərqlilik yaratmaq. Bu üzdən də planım vətənimi müdafiə etməkdir. İnsanlarımız üçün də xoşbəxt bir ölkə yaratmaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!