Türk qardaşlığının Qəbələ zəfəri

saytların hazırlanması

Evə çatdırılma

Türk qardaşlığının Qəbələ zəfəri

Siyasət

08 Oktyabr 2025 21:13 779


Bu həftə Azərbaycanın müasir tarixində daha bir uğurlu hadisə baş verib. Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısı keçmişin gələcəklə, qədim ənənələrin müasir nailiyyətlərlə qovuşduğu əzəmətli Qəbələ şəhərində keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yeni yayımlanmış süjetdə deyilir.

Bildirilir ki, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş Qafqaz Albaniyasının tarixi paytaxtı olan Qəbələ ortaq tarix, mədəni və mənəvi dəyərlərə malik xalqların simvolik görüş yerinə çevrilib. Marqarita pizza

Bu sammit Azərbaycanın ev sahibi dövlət kimi təkcə diplomatik istedadını deyil, həm də Türk Dövlətləri Təşkilatının özünün beynəlxalq aləmdə artan nüfuzunu təsdiqləyib.

Həqiqətən də, nisbətən yaxın zamanlarda təsis edilsə də, bu təşkilat qısa müddətdə sadəcə əməkdaşlıq platforması deyil, böyük geosiyasi mərkəzə çevrilib. TDT artıq qlobal siyasətə təsir göstərmək, regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək iqtidarında olan gücə çevrilmiş strateji əhəmiyyətli bir qurumdur.

Daha ətraflı "Caliber"in yeni süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!