"Rusiya və Türkiyə Rusiya Federasiyasından çıxan brendlərin türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqların yeni mərhələsinə qədəm qoyur".
Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, bunu Rusiya Ticarət Mərkəzləri Şurasının prezidenti Dmitri Moskalenko bildirib.
“Rusiyadan çıxan brendləri türk markaları ilə əvəz etmək üçün danışıqların yeni mərhələsinə qədəm qoyuruq. Rusiya bazarlarında 3 milyon kv. m, 420 futbol meydançası boyda sahəni türk markalarına verə bilərik. Sezar pizza
Hələ Rusiyada olmayan türk markaları üçün Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzlərində tanış olmaq imkanı var. Biz danışıqlar aparırıq ki, türk şirkətləri Rusiyada uzun müddət qalsın və sərfəli sərmayələr qoysun”, - deyə D. Moskalenko vurğulayıb.
Telegram kanalımız