Türkiyə ölkənin müdafiə sənayesi prioritetlərini nəzərə alaraq 9 ölkəyə müdafiə sənayesi üzrə məsləhətçilər göndərəcək.
Yenisabah.az "Resmi Gazete"yə istinadla xəbər verir ki, dərc olunan yeni fərmana əsasən, Müdafiə Sənayesi İdarəsinin xarici nümayəndəliyi səlahiyyətlərinə aid məsələlərlə yanaşı, diplomatik fəaliyyət göstərəcək.
Qərar çərçivəsində müdafiə sənayesi üzrə məsləhətçilər 9 ölkənin - Qətər, Pakistan, Braziliya, İndoneziya, Azərbaycan, Malayziya, Oman, Banqladeş və Böyük Britaniyanın səfirliklərində çalışacaqlar. pizza
Telegram kanalımız