Türkiyə ABŞ və Yunanıstana nota verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ABŞ və Yunanıstana nota verdi

Siyasət

26 Sentyabr 2022 18:53 1027


Yunanıstanın Türkiyədəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəsmi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Yunanıstanın Midilli və Saqqız adalarına ABŞ-ın tədarük etdiyi zirehli texnikanı yerləşdirməsi olub. Səfirdən Yunanıstanın bu hərəkətlərinə son verməsi tələb olunub. Sezar pizza

Eyni zamanda Türkiyə ABŞ-a da nota verib. Türkiyə notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!