Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru “Haber Global”a müsahibə verib - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru “Haber Global”a müsahibə verib - VİDEO

Siyasət

01 İyun 2021 14:40 1015


Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin Azərbaycana səfəri davam edir.

“Haber Global”a özəl müsahibə verən Bekir Şahin Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.

Türkiyənin baş prokuroru Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibədə, xüsüsən Gəncə və Bərdədə dinc insanlara qarşı həyata keçirilən hücumlara toxunaraq bildirib ki, Azərbaycan bu cinayətləri beynəlxalq müstəviyə çıxaracaq və Türkiyə də bu mövzuda qardaş ölkəyə istənilən hüquqi yardımı verməyə hazırdır. Toyuqlu pizza

FETÖ terror təşkilatı ilə qarşı mübarizəyə toxunan Bekir Şahin Türkiyə Baş Prokurorluğunda ən çox istintaq materiallarının məhz bu işlə əlaqədar olduğunu vurğuladı:

“Bu işlə bağlı təxminən 40 minə yaxın dosye var. Dövlət orqanları bu işi mütəmadi diqqətdə saxlayır və təqib edir. Dövlət orqanları hər zaman vaxtında tədbir görməlidir”.

Xatırladaq ki, ötən gün Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyevlə görüşüb.

B. Şahin Azərbaycan Respublikası Prokurorluq orqanlarının 100 illiyi yubiley medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!