Türkiyə Hakkaridə antiterror əməliyyatlarına start verib.
Yenisabah.az Türkiyə DİN-ə istinadla xəbər verir ki, Hakkaridə Türkiyə Daxili İşlər Nazirliyi və Jandarma Qüvvələrinin iştirakı ilə "Eren Kış-32 Şehit Jandarma Binbaşı Yavuz Başayar" adlı anti-terror əməliyyatı başlayıb.
"PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığınacaq yeri sayılan terrorçuları zərərsizləşdirmək məqsədi ilə Hakkari vilayətində əməliyyat başladılıb. pizza hut
Hakkari vilayəti Jandarma Komandirliyi tərəfindən təşkil edilən əməliyyatda; Jandarma Xüsusi Əməliyyatlar (JÖH), Jandarma Komando, Polis Xüsusi Əməliyyatlar (PÖH) və Təhlükəsizlik Mühafizə qruplarından ibarət 710 şəxsi heyət və 48 əməliyyat qrupu mövcuddur.
Ölkədə terrorun kökünü kəsmək üçün həyata keçirilən Eren qış əməliyyatları xalqımızın dəstəyi ilə uğurla davam etdirilir", - deyə açıqlamada qeyd olunur.
Telegram kanalımız